ABŞ Prezidenti Donald Tramp Ukrayna tərəfi ilə Rusiyanın xeyrinə mümkün ərazi güzəştlərinin müzakirə edildiyi barədə məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Qərb mediasında ABŞ tərəfinin Donbasın güzəştə gedilməsini tələb etdiyi barədə xəbərlər yayılmışdı.
“Putin nəyisə alacaq, o artıq müəyyən əraziləri ələ keçirib,” – deyə Tramp daha əvvəl mümkün ərazi dəyişikliklərini şərh edərkən bildirmişdi.