AZ

Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb

Bakı. Trend:

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan HavaYolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsininkapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysiyerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geriqayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

Trend xəbər verir ki, bubarədə AZAL məlumat yayıb.

Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraqekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməkləlazımi tədbirləri yerinə yetirib.

Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburqhava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıqvəziyyətinə gətirilib.

Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanınauğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzikənara çıxıb.

Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub.Xəsarət alan yoxdur.

Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıqdigər AZAL təyyarəsi göndərilib.

Seçilən
94
48
az.trend.az

10Mənbələr