BAKI, 20 oktyabr. TELEQRAF
Luvrdan oğurlanan İmperatori Yevgeniya de Montihoya aid zinət əşyası muzey tərəfindən 6,72 milyon avroya əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" qəzeti məlumat yayıb.
Məlumata görə, 11 santimetr enində bu zinət əşyası 2 634 brilyantla bəzədilib.
Fransa Mədəniyyət Nazirliyi daha əvvəl oğurlanan səkkiz zinət əşyasının siyahısını açıqlamışdı. Siyahıda Fransız kraliçalarına və imperatriçalara aid tiaralar, sırğalar, boyunbağılar və broşlar yer alır.
Xatırladaq ki, 19 oktyabr səhər Luvr maskalı oğrular tərəfindən basqına məruz qalıb. Onlar Apollon qalereyasına daxil olaraq doqquz zinət əşyasını oğurlayıblar.