AZ

Los Ancelesdə qəribə film nümayişi: Yalnız keçəl insanlar zala buraxılacaq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Los-Anceles şəhərindəki "Culver Cinema" kinoteatrıda "Buqoniya" filminin eksklüziv nümayişi baş tutacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məluumat yayıb.

Məlumata görə, nümayişə yalnız keçəl insanlar və yerində saçlarını kəsdirmək istəyənlər qatıla biləcəklər.

Filmin nümayişi oktyabrın 20-də saat 20:00-da baş tutacaq. Saat 18:00-dan başlayaraq müştərilərin saçlarını qırxmaq üçün bərbər xidməti açıqlacaq. Seans pulsuz olacaq.

Qeyd edək ki, filmdə iş qadını Mişel Fuller konspirasiya nəzəriyyələrinə aludə olan Teddi və Don tərəfindən qaçırılır. Oğrular qadını Yer kürəsini məhv etmək istəyən yadplanetli kimi qəbul edirlər və saçlarını kəsirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
oxu.az

1Mənbələr