AZ

Honkonqda təyyarə dənizə düşdü - Ölən var

BAKI, 20 oktyabr. TELEQRAF

"Boeing 777" tipli yük təyyarəsi Honqkonq beynəlxalq hava limanında eniş zamanı uçuş-enmə zolağından çıxaraq dənizə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "South China Morning Post" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, insident bazar ertəsi səhər Dubaydan gələn reysin enişi zamanı baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Təyyarənin heyət üzvləri xəsarət almayıb.

Hadisə ilə bağlı araşdırma aparıldığı üçün hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti bağlanıb.

Seçilən
113
teleqraf.com

1Mənbələr