BAKI, 20 oktyabr. TELEQRAF
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda keçiriləcək növbəti iclasda Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin razılaşdırılması üçün yeni cəhd göstərəcəklər.
Teleqraf xəbər verir ki, görüşdə həmçinin Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi və bu vəsaitlərin 2026–2027-ci illərdə Ukraynaya maliyyə dəstəyi kimi yönəldilməsi təklifi də müzakirə olunacaq.
İclasın gündəliyində həmçinin Ukraynadakı vəziyyət də yer alıb, lakin bu mövzu ilə bağlı təfərrüatlar açıqlanmayıb.