Bakı. Trend:
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantlarıdaşıyan qayıq batıb.
Trend xəbər verir ki, İtaliyasahil mühafizə xidmətinin patrul gəmiləri adadan təxminən 16 dənizmili uzaqda 91 nəfəri xilas edib. Onlardan 3-ü intubasiya olunub vəhelikopterlə quruya daşınıb.
Qayıqla bağlı əməliyyata “Frontex” təyyarəsindən verilən məlumatəsasında başlanıb.
Qeyd edək ki, ilin əvvəlindən Aralıq dənizində 700-dək miqrantölüb və ya itkin düşüb.