Yəməndəki husi üsyançıları paytaxt Sənada BMT-nin 20 əməkdaşını saxlayıblar.
Axar.az xəbər verir ki, bu barədə TASS-a BMT-nin sözçüsü bildirib.
Onun sözlərinə görə, Ənsərullahın təhlükəsizlik qüvvələri BMT-nin Sənadakı iqamətgahına icazəsiz daxil olublar.
Son məlumata görə, 11 BMT işçisi sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Digərləri hələ də binanın daxilində həbsdədir.