Musavat.com xəbər verir ki, Zaporojye istiqamətində döyüşlər zamanı Rusiya ordusunun 18-ci ordusunun komandanı, general Arkadi Marzoyevin oğlu — leytenant Vasili Marzoyev həlak olub.
Məlumata görə, məhz bu ordu Xerson və Ukraynanın cənubundakı digər şəhərlərə mütəmadi zərbələr endirən hərbi hissələrdən biridir.
Analitiklərin fikrincə, son aylarda genişmiqyaslı itkilər fonunda Rusiya ön cəbhəyə getdikcə daha çox yüksək vəzifəli şəxslərin övladlarını — cəmiyyətin “qızıl gənclik” təbəqəsini — göndərməyə başlayıb. Lakin praktika göstərir ki, nə status, nə də ailə mənşəyi onları döyüş meydanındakı təhlükədən qoruya bilmir.
Muasavat.com
![]()
Vasili Marzoyev