AZ

Azərbaycanın ilk qadın riyaziyyatçı professoru

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanın ilk qadın riyaziyyatçı professoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Tamilla Nəsirovanın anadan olduğu gündür.Newscenter.az xatırladır ki, Tamilla Nəsirova 1936-cı il, oktyabrın 20-də Hacıqabul rayonunun Nəvahi kındində anadan olub.O, Navahı kənd orta məktəbində beş il oxuduqdan sonra 1948-ci ildə Bakıya gəlir. Burada o, 1953-cü ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Tamilla Nəsirova 1958-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Kibernetika İnstitutuna təyinatla işə götürülüb. Həmin il aspiranturaya daxil olub, Ukrayna EA-nın Riyaziyyat İnstitutuna, oradan isə Moskva Dövlət Universitetinə göndərilir.Tamilla Nəsirova 1964-cü ildə Daşkənd Dövlət Universitetində akademik B. V. Qnedenkonun rəhbərliyi altında "Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1980-ci ildə isə BDU-nun tətbiqi riyaziyyat kafedrasına dosent vəzifəsinə seçilib.Ölkəmizdə ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq məhz T. Nəsirovaya nəsib olub. Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
newscenter.az

2Mənbələr