AZ

Onlar əhalini ağır xəstəliklərdən qoruyur - REPORTAJVİDEO

ÜST-ə görə, tibbi tullantıların təxminən 15-20%-i infeksion risk daşıyır.

Xezerxeber.az xəbər verir ki, düzgün idarə olunmasa bu tullantılar vasitəsilə Hepatit B, C, QİÇS və s kimi infeksiyalar həm tibb işçilərinə, həm tullantı toplayanlara, həm də əhaliyə keçə bilər.

Buna görə də tibbi tullantıların düzgün utilizasiyası mühüm əhəmiyyət kəsb edir. Artıq "Təmiz Şəhər" ASC həm də tibbi tullantıların sterilizasiyasını həyata keçirir. Bunun üçün Bakı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ərazisində Tibbi tullantıların sterilizasiya məntəqəsi inşa edilib.

Tullantını zərərsizləşdirən işçilər də təhlükəsizlik səbəbindən xüsusi qoruyucu geyimlərdən istifadə etməlidirilər

Utilizasiya üçün məntəqədə hər birinin tutumu 250 kq/saat olan 2 ədəd Türkiyə istehsalı sterilizasiya avadanlığı quraşdırılıb.

Təhlükəli tibbi tullantılar burada zərərsizləşdirildikdən sonra torpağa basdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
89
xezerxeber.az

1Mənbələr