BAKI, 19 oktyabr. TELEQRAF
Müğənni Filipp Kirkorov ilk dəfə Alla Puqaçovanın son müsahibəsi haqda danışıb.
Teleqraf xəbər verir ki, sənətçinin şərhinin videosunu Super.ru teleqram kanalı dərc edib.
"Nə deyim? O, mənə yaxındır; 10 ili həyatımdan silə bilmərəm. Minnətdaram, mənə çox şey öyrətdi",- müğənni deyib.
Kirkorovun sözlərinə görə, Puqaçova ilə keçirdiyi illər həyatında xoşbəxt dövr olub, ona görə də ondan şikayəti yoxdur. Sənətçi onu zəmanəsinin böyük müğənnisi də adlandırıb.