AZ

“Qələbə də qazana, məğlub da ola bilərdik” – Elmar Baxşıyev



Misli premyer-liqasının 8-ci turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi” ilə heç-heçə etdi - 2:2. Qonaqların baş məşqçisi Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Maraqlı və dinamik oyun oldu. Meydançada yaxşı mübarizə getdi. Yaxşı komandaya qarşı oynayırdıq. Komanda şəklində yaxşı iş ortaya qoyduq. Qələbə də qazana, məğlub da ola bilərdik.

- Rahil və Bəxtiyar zədəlidi. Qışda bu mövqeyə transfer ola bilər?

- O mövqeyə köklənməmişik. Qışa çox var. Bu mövqedə sıxıntımız olsa, ola bilər. Futbolçularım universaldı.

- Hakimlə 2-ci qolu müzakirə edirdiz?

- Oyun epizodudu, normal qəbul edirik.

- Patrik Andrade sanki zəif oyun göstərir…

- Belə düşünmürük. Böyük futbolçudu.

- Naxçıvana getmişdiz. Bu ora köçməyə mesaj idi, yoxsa görüşmək üçün idi?

- Bu görüş çoxdan nəzərdə tutulmuşdu. Oyunları sıxlığı bu səfəri təxirə salmışdı. Faydalı görüş oldu. Komanda şəhəri görməkdən məmnun oldu. Naxçıvana qayıtsaq, böyümək ehtimalımız genişlənər. Yaxın zamanda Naxçıvanda ev oyunlarımızı keçirə bilərik.

- Patrikin şərəfini qoruduğu Kabo Verde yığması mundiala vəsiqə qazanıb, amma o, heyətdə yoxdu. Bu ona mənfi təsir etməyib?

- Yox. O da ölkəsinin mundiala vəsiqə qazanmasına sevinir. Mənfi təsir etdiyini hiss etmirik. “Araz-Naxçıvan”a köklənib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
121
1
football-plus.az

2Mənbələr