AZ

“Qarabağ”ın meneceri Yohan Kroyf institutunun mükafatını aldı

“Qarabağ”ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb.

"Football-plus.az" xəbər verir ki, o, İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.

2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Qeyd edək ki, Yohan Kroyf Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Seçilən
27
5
football-plus.az

6Mənbələr