
İsrail bazar günü 15 fələstinlinin cəsədini Qəzzaya qaytarıb və bununla da geri qaytarılan cəsədlərin ümumi sayı 150-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına əsasən, İsrail hər ölən israillinin geri qaytarılması zamanı 15 fələstinlinin cəsədini təhvil verməli idi.