Məşhur rusiyalı bloger və teleaparıcı Alena Vodonaeva Telegram kanalında şikayət xarakterli paylaşım edib.
Publika.az-ın məlumatına görə, o, qeyd edib ki, "Mosenerqosbıt" onun kommunal xərclərini səhv hesablayıb.
Vodonaeva bildirib ki, sentyabrda iki mənzilə görə 1 milyon 798 min 498 rubl borcu yaranıb. Oktyabrın 19-da ondan elektrik enerjisinə görə bu məbləğ ödəməyi tələb ediblər. Teleaparıcı hər evdə cəmi iki həftəyə yaxın yaşadığını qeyd edib. O hətta şirkəti səhv borc hesablamasına görə söyüb. O qeyd edib ki, oktyabrın 18-də borc artıq 1 milyon 300 min rubl olub.
"Onlar necə işləyirlər? Bu işçiləri haradan tapırlar? Onları hansı ixtisaslaşmış qurumlar vətəndaşların kommunal məsələləri ilə məşğul olan bəzi bürokratik təşkilatlarda işləməyə göndərirlər?",- bloger qeyd edib.