Misli Premyer Liqasının VIII turunda “Neftçi” doğma meydanda “Araz Naxçıvan”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi Naxçıvan təmsilçisində bir itki. Millimizin müdafiəçisi Rahil Məmmədov zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Neftçi”də isə hər şey qaydasındadır. Heyətdə cəzalı və ya zədəli futbolçu yoxdur.
Qeyd edək ki, “Palms Sport Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyununun start fiti 18:30-da səsləndiriləcək.