Lionel Messi "İnter Mayami" ilə müqaviləsi bu ilin sonunda başa çatır.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun Florida təmsilçisində qalacağı gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, "İnter Mayami" ilə yeni müqavilə imzalayacaq. Tərəflər arasında razılaşma yaxın görünür.

Messi 2023-cü ilin yayından burada çıxış edir. O, MLS klubunda 82 oyunda 71 qol vurmağı bacarıb.