ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az içki düşkünü olan 10 yazıçını təqdim edir.

O. HenriO. Henri ədəbi imzasından istifadə edən amerikalı yazıçı Uilyam Sidni Porter 400 qısa hekayənin müəllifidir.
Olduqca məhsuldar olan yazıçı həftədə bir hekayə çap edirdi. O, həqiqi adını sirr saxlayıb.
İşlərindəki uğursuzluğu, bədxərcliyi və nəhayət, alkoqol asılılığı erkən vəfatına səbəb olub.
Yazıçı ömrünün son günlərini yoxsulluqla keçirib.

Stiven KinqMəhsuldar yazıçı olan Stiven Kinq qorxu, fantaziya, elmi fantastika və cinayət janrlarında əvəzsiz əsərlər yazıb.
1970-80-ci illərdə o, alkoqol və müxtəlif narkotik maddələrdən istifadə edərək məhsuldarlığını daha da artırıb.
Ən çətin anında ailəsi onun zərərli vərdişlərinə müdaxilə edib və beləliklə, yazıçı sağalmağa başlayıb.Kinq bu təcrübəsini xatirələrində bölüşüb.
_1760520642.webp)
Ömər Xəyyam Rübaiələrində tez-tez içki mövzusuna müraciət edib.Onun sözlərinə görə, istənilən adam içki sayəsində həyatı eşqi və sevinc tapa bilər.Ömər Xəyyamın dövrün şəriət ölkəsində yaşadığını nəzərə alsaq, içkini bu şəkildə məth etməsi maraq doğurur.

Edqar Allan PoMəşhur amerikalı yazıçı Allan Po içki aludəçisi olub.
Faciəli həyatı məşhur yazıçını alkoqolikə çevirib.
1849-ci ildə qırx yaşı tamam olanda dünyasını dəyişib.
Versiyalardan birinə görə, yazıçının ölümünə səbəb çoxlu alkoqollu içki qəbul etməsi olub.

Çarlz BukovskiAlkol koması ilə dəfələrlə xəstəxanaya düşən şair bu vərdişini tərgidə bilməyib.
Atası tərəfindən tez-tez döyülən yazıçı 13 yaşından içməyə başlayıb.
Ən çox sevdiyi içkilər pivə, araq, viski imiş.
Uilyam FolknerO, çox ağır uşaqlıq keçirib. Daha çox gecələr içən yazıçının ən sevdiyi içki "Mint julep” və viski olub.
Çox içməsinə baxmayaraq 65 il yaşayıb və infarkt nəticəsində həyatını itirib.

Con Steynbek Yazandan sonra ilk işi içki içmək olub.
Yaxşı yazanda daha çox içən yazıçı içkinin təsirindən sonrakı gün yuxudan oyana bilmirmiş.
O biri gün isə özünü günahkar bildiyi üçün iki günün əvəzinə işləyirmiş.

Ernest HeminqueyYazıçı roman yazarkən içki içərmiş. Depressiya diaqnozu ilə xəstəxanada yatıb, lakin düzgün müalicə aparılmayıb.Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar edib.Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoyublar.
_1760520847.webp)
Erix Mariya RemarkBirincü Dünya Müharibəsinin iştirakçısı olub.O, içki düşkünü idi. Bəzi əsərlərində qəhrəmanlar nəinki içirlər, hətta spirtin faydasından danışırlar.
Elə onun məşhur "Üç yoldaş" əsəri də rəqs edən sərxoş səhnəsi ilə başlayır.

Ceyms CoysXX əsrin ən nüfuzlu yazıçılarından biri olan Ceyms Coys əslən irlandiyalıdır.
Coys uzun illər Dublində yaşayıb və zamanının çoxunu spirtli içki qəbul edərək keçirib.
Çox içdiyindən bəzən barlarda dava salırmış...
Sanki hamilə qadınlar ürəyimdə zəfəran arıtlayırlar... - Qulamrza Borusanın şeirləri
Türk yazıçıya ən yüksək dövlət ordeni verildi
Yadigar Muradovun vəziyyəti ağırlaşdı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.