AZ

Daşkəsən yolunda maşın aşdı - Sürücü xəstəxanalıq oldu

Gəncə-Daşkəsən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini 1987-ci il təvəllüdlü Roman Həsənov idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
69
10
bizim.media

10Mənbələr