Oxu.az saytına istinadən ain.az xəbər verir.
"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda "Əl-Fateh"i 5:1 hesabı ilə məğlub etdiyi oyunda vurduğu qol onun klub səviyyəsində 800-cü qolu olub.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 40 yaşlı forvard tarixdə bu göstəriciyə çatan ilk futbolçudur.
"Qızıl top" mükafatının beşqat sahibi "Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Ən-Nəsr"də 99, "Sportinq"də isə 5 qol vurub.
Ümumilikdə portuqaliyalı ulduz karyerası ərzində klub və yığma səviyyəsində 949 dəfə rəqib qapıçıları məyus edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.