
Rusiyada son iki il ərzində qızıl ehtiyatlarının dəyəri iki dəfə artırıb.
Yeniavaz.com Rusiya Mərkəzi Bankın rəsmi məlumatlarını istinadən xəbər verir ki, ölkənin qızıl ehtiyatlarının ümumi dəyəri 2023-cü ilin oktyabrın 1-dən 2025-ci ilin oktyabrın 1-dək dövr ərzində təxminən 142 milyard dollar artıb.
Məlumata görə, 2023-cü il oktyabrın 1-də Rusiyanın anbarlarında 140,5 milyard dollar dəyərində qızıl saxlanılırdı. 2025-ci ilin eyni tarixində isə bu rəqəm artıq 282,1 milyard dollara yüksəlib.