AZ

Filipində kiçik təyyarə qəzaya uğradı: Ölənlər var

BAKI, 19 oktyabr. TELEQRAF

Filipinin Pampanqa şəhərindəki Maqalanq bazasından havalanan kiçik təyyarə Tarlac vilayətinə bağlı bir kənddəki düyü tarlasına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Filipin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Seçilən
59
teleqraf.com

1Mənbələr