AZ

Kolumbiya prezidenti gəmiyə hücumdan sonra ABŞ-dan cavab tələb edib

Kolumbiya prezidenti Qustavo Petro Amerika qüvvələrinin Cənubi Amerika respublikasının ərazi sularında sualtı qayığa hücumundan sonra ABŞ-dan cavab tələb edib.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“ABŞ hökumətinin nümayəndələri qətl törətdilər və ərazi sularında suverenliyimizi pozdular. Balıqçı Alejandro Karanzanın narkotik ticarəti ilə heç bir əlaqəsi yox idi; onun gündəlik fəaliyyəti balıqçılıq idi”, – o, X-də yazır.

Kolumbiya prezidenti Vaşinqtondan izahat tələb edib, həmçinin ölkənin Baş Prokurorluğuna müraciət edərək, qurbanların yaxınlarının dərhal müdafiəsini təmin etməsi və onların beynəlxalq məhkəmə proseslərində iştirakına baxılması üçün müraciət edib.

Oktyabrın 18-də ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin ABŞ-a doğru hərəkət edən “böyük narkotik sualtı qayığını” məhv etdiyini açıqlayıb.

Seçilən
98
nocomment.az

1Mənbələr