“Forbes” jurnalı 2025-ci ildə dünyanın ən çox qazanan futbolçularının siyahısını tərtib edib.
"Football-plus.az" xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir.
“Əl-Nəssr”in və Portuqaliya yığmasının hücumçusu 2025/26 mövsümündə klubla kommersiya müqavilələrindən irəli gələn maddi stimullar və maaşı nəzərə alınmaqla 230 milyon dollar qazanacaq. 40 yaşlı futbolçu sponsorluq müqavilələrindən əlavə 50 milyon dollar da irəli düşəcək. Bu, Kriştianonun vergilər və agent komissiyaları nəzərə alınmaqla illik gəlirini 280 milyon dollara çatdırır.
Siyahıda növbəti iki yeri “İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi (130 milyon) ilə “Əl-İttihad”ın hücumçusu Kərim Benzema (104 milyon) tutur. Dünyada 2025-ci ilin ən çox qazanan (milyon dollar ilə) futbolçularının ilk “10-luğ”unu təqdim edirik.
1. Kriştiano Ronaldo (Portuqaliya, “Əl-Nəssr”) 280
2. Lionel Messi (Argentina, “İnter Mayami”) 130
3. Kərim Benzema (Fransa, “Əl-İttihad”) 104
4. Kilian Mbappe (Fransa, “Real”) 95
5. Erlinq Holann (Norveç, “Mançester Siti”) 80
6. Vinisius Junior (Braziliya, “Real”) 60
7. Məhəmməd Salah (Misir, “Liverpul”) 55
8. Sadio Mane (Seneqal, “Əl-Nəssr”) 54
9. Cud Bellingem (İngiltərə, “Real”) 44
10. Lamin Yamal (İspaniya, “Barselona”) 43
Yeri gəlmişkən, Ronaldo ilə bağlı proqnoz xarakterli məlumat yayılıb. “Sky Sports” telekanalı onun peşəkar karyerasında 1000-ci qolu nə vaxt vura biləcəyini proqnozlaşdırıb. Təhlil futbolçunun klub və milli komanda səviyyəsində vurduğu qolların sürəti əsasında aparılıb. İndi Kriştianonun hesabında 948 qol var. O, son iki qolu DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı keçirilən oyunda (2:2) vurub. Proqnoz hazırlanarkən 40 yaşlı hücumçunun klub və yığmanın heyətində çıxış edə biləcəyi oyunların sayı nəzərə alınıb.
Mənbənin məlumatına görə, Ronaldo peşəkar karyerasında 1000-ci qolunu 2026-cı ilin oktyabrında vuracaq. O, ümumilikdə isə gələn ilin sonuna qədər karyerası ərzində vurduğu qolların sayını 1008-ə çatdıracaq. Ulduz futbolçu cari mövsümdə klub səviyyəsində 6 oyunda 5 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta