AZ

ISW: Rusiya ordusu bəzi istiqamətlərdə irəliləyir, lakin tam nəzarət yoxdur

BAKI, 19 oktyabr. TELEQRAF

Rusiya qoşunları Şimal Sumski, Xarkov vilayəti və Donetsk istiqamətində hücumlar həyata keçirir. Bəzi istiqamətlərdə irəliləyiş olsa da, tam nəzarət əldə olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.

Analitiklərin məlumatına görə, son günlər Rusiya ordusu Sumski və Rusiyanın Kursk vilayətində, xüsusilə Kondratovka və Alekseyevka yaxınlığında hücumlar həyata keçirib. Rus bloqerlər bildirirlər ki, Ukrayna qoşunları Tetkino yaxınlığında rusların yerüstü əlaqə xətlərini sıradan çıxarıb.

Xarkov vilayətində irəliləyiş təsdiqlənməsə də, Velikiy Burluk və Peskanoe kəndi istiqamətində rus qoşunları mövqe tutub. Geolokasiya videolarında 47-ci tank diviziyasının rus bayrağı qaldırdığı görünür.

Donetskdə Liman və Severski istiqamətlərində irəliləyiş qeydə alınmayıb. Konstantinovka-Drujkovka bölgəsində də rusların irəliləməsi təsdiqlənməyib. Lakin Pokrovski istiqamətində və Mirnoqradın şimalında irəliləyiş müşahidə olunub. Ukrayna qoşunları əks-hücumlar həyata keçirir və rusların tam nəzarətinə imkan vermir.

Mixailovka istiqamətində də rusların irəliləməsi müşahidə olunub. "DeepState" qeyd edir ki, Liman istiqamətində Rusiya ordusu taktikasını dəyişərək mümkün qədər dərin irəliləməyə çalışır, lakin Ukrayna Müdafiə Qüvvələri onları dayandırır.

Seçilən
24
teleqraf.com

1Mənbələr