AZ

Ukrayna ordusu Orenburqda qaz emalı zavoduna PUA-larla zərbə endirdi

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna hücum edib.

"Yeni Sabah" xəbər verir ki, vilayətin qubernatoru Yevgeni Solntsev özünün Telegram kanalında sənaye obyektində baş verən insidentin təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, hücum zamanı qaz stansiyasının infrastrukturuna qismən ziyan dəyib, sexlərdən birində yanğın baş verib. Sezar pizza

"Hücumun nəticələrinin aradan qaldırılması üçün bütün fövqəladə xidmətlər işə salınıb, xilasedicilər yanğını söndürür. Zavodun işçiləri arasında itki yoxdur. Obyekt yaşayış məntəqəsi üçün təhlükə yaratmır", - Solntsev vurğulayıb.Report


Telegram kanalımız
Seçilən
59
1
yenisabah.az

2Mənbələr