AZ

Roma Papasına məxsus motosiklet hərracda satıldı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma Papası XIV Leoya məxsus motosiklet Münhendə keçirilən hərracda 156 min avroya satılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "RM Sotheby's" hərrac evi öz saytında məlumat yayıb.

Qeyd olunur ki, "BMW R18 Transcontinental 2024" motosikletini din xadiminə "Jesus Bikers" xristian motosiklet qrupu hədiyyə edib.

Məlumata əsasən, hərracdan toplanan vəsait Papa tərəfindən idarə olunan və madaqaskarlı uşaqlara yardım üçün yaradılan "Mission Austria" xeyriyyə təşkilatına veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
5
oxu.az

7Mənbələr