AZ

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu həftə Sevilyada 14 yaşlı Sandra Penya məktəbdə zorakılığa məruz qalaraq intihar edib. O, “Betis”in fanatı olub. Valideynlərinin sosial şəbəkədə paylaşdığı fotoda Sandra komandanın formasını geyinib.

İdman.Biz-in məlumatına görə, “Betis” La Liqanın 9-cu turunda “Vilyarreal”a qarşı keçirəcəkləri oyundan əvvəl Sandraya post həsr edib. Klub tərəfindən yerləşdirilən şəklin başlığına “Sandra Penyanın xatirəsinə” sözləri yazılıb.

“Sevilya” da faciə ilə bağlı başsağlığı verib.

“Sevilya” Futbol Klubu nifrət, təqib və zorakılığın bütün qurbanları ilə həmrəylik ifadə edir və bu çətin dövrdə Sandra Penyanın ailəsinə tam dəstəyini ifadə edir. Biz sizinləyik”, - klubdan bildirilib.

Sandra “Honeyball” qadın komandasında oynayıb. “Marca” xəbər verir ki, “Betis” Sandranın oynadığı kluba da başsağlığı verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Real Betis Balompié (@realbetisbalompie)

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
1
icma.az

2Mənbələr