AZ

“Mehdiyev işi”ndə kritik gəlişmə: daha 3 məşhurun adı ortaya çıxdı

Əli Həsənov həbs edilə bilər. Gələn həftə YAP-ın fövqəladə iclası keçiriləcək

Editor.az  xəbər verir ki, bu barədə “Konkret.az”a mötəbər mənbələrdən məlumat verilib.

Həmin məlumatda deyilir ki, 2019-cu ildə də Ramiz Mehdiyevin yanında keçirilən qapalı müşavirədə hakimiyyətin ələ keçirilməsi müzakirə olunub. Bu yığıncaqda sabiq baş nazir Novruz Məmmədov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalıbov iştirak edib. Hakimiyyətin ələ keçirilməsi planında daha çox Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov canfəşanlıq edib. Ona görə də bu iki şəxs daha çox cinayət törətmiş oliqarx-məmur kimi diqqətdə saxlanılır.

Verilən digər məlumata görə, gələn həftə YAP-ın mühüm iclasında Ramiz Mehdiyev üzvlükdən kənarlaşdırılacaq.

Ramiz Mehdiyev qalmaqalı ilə bağlı yüksək rütbəli şəxslərin, nazir və komitə rəhbərlərinin bəziləri də işdən çıxarılacaq.

Seçilən
4
editor.az

1Mənbələr