AZ

Sinner “Six Kings Slam – 2025” turnirinin qalibi oldu

Dünya reytinqində ikinci pillədə qərarlaşan italiyalı tennisçi Yannik Sinner “Six Kings Slam – 2025” turnirində qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, final görüşündəki uğuru və turnirdə iştirakı sayəsində Sinner 6 milyon dollar mükafat əldə edəcək: 4,5 milyon dollar final qələbəsinə, 1,5 milyon dollar isə turnirdə iştirakına görə ödəniləcək. Bu, Sinner üçün ikinci il ardıcıl olaraq tennisdə ən böyük mükafat fondu deməkdir.

Turnirin əvvəlində mübarizəni tərk edən yunanıstanlı və alman tennisçilər Stefanos Tsitsipas və Aleksandr Zverev isə hər biri 1,5 milyon dollar qazanıblar.

Final görüşü 1 saat 12 dəqiqə davam edib. Bu müddət ərzində Sinner 10 imkanın 3-də breyk nöqtəsini reallaşdırıb, 3 ace vurub və cüt səhvə yol verməyib. Əksinə, ispaniyalı lider Karlos Alkaras 4 ace vurub, 3 cüt səhvə yol verib.

Seçilən
116
90deqiqe.az

1Mənbələr