AZ

Yannik Sinner finalın ilk setində Alkarasa qalib gəldi

Dünya reytinqində ikinci yerdə qərarlaşan italyan tennisçi Yannik Sinner “Six Kings Slam – 2025” turnirinin finalında dünya lideri ispaniyalı Karlos Alkaras üzərində ilk setdə 6:2 hesabı ilə qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, oyun 27 dəqiqə davam edib.

Bu müddət ərzində Sinner üç imkanlı breyk-poyntdan ikisini reallaşdırıb, iki sərbəst servis edib və heç bir cüt səhvə yol verməyib. Alkaras isə heç bir as servis etməyib və iki cüt səhvə yol verib.

Qeyd edək ki, turnirin üçüncülük matçında Novak Cokoviç ABŞ təmsilçisi Teylor Fritsə 7:6 (7:4) hesabı ilə uduzub. Cokoviç birinci seti oynadıqdan sonra matçdan çəkilib.

Seçilən
24
90deqiqe.az

1Mənbələr