AZ

“İmişli”dən geridönüş, “Karvan Yevlax” darmadağın oldu – YENİLƏNİB

Misli Premyer Liqasında 8-ci turun matçları davam edir. 

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bu nəticənin ardından “İmişli” 9 xalla 8-ci, “Qəbələ” isə 5 xalla 10-cudur.

7 oyundan sonra 8 xalı olan İmişli təmsilçisi 9-cu pillədə qərarlaşıb. 4 xalı olan “Qəbələ” isə 11-ci yeri tutur. 

Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkib. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 4:1.

Bu nəticənin ardından “Sumqayıt” 14 xalla 3-cü, “Karvan Yevlax” isə 5 xalla 11-cidir.

Son 3 turda cəmi 1 xal toplayan Sumqayıt təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

18 oktyabr (şənbə)

14:30. “İmişli” – “Qəbələ” 2:2

Qollar: Domi Massumo, 44 (0:1), İbrahim Sanqare, 47 (0:2), R.de Souza (1:2), Dioqo Almeyda, 80 (2:2)
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

18:00. “Sumqayıt” – “Karvan-Yevlax” 4:1

Qol: Ronaldo Vaskez, 12, Coy Mikels, 44, Aleksandr Ramalinqom, 55, 65, Aleksa Yankoviç, 60
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev

VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
76
11
idmanxeber.az

10Mənbələr