Misli Premyer Liqasının VIII turunda "Qəbələ" "İmişli" ilə 2:2 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qəbələ təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze matçı şərh edib:

"Futbolçularıma təşəkkür edirəm. Meydanda yaxşı mübarizə apardılar. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Biz bu gün 2 xal itirdik".