AZ

Yüksək Liqa: 2-ci turun proqramı açıqlandı

Voleybol üzrə Azərbaycanın Yüksək Liqalarında 2-ci turun proqramı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Yüksək Liqa

Qadınlar

2-ci tur
20 oktyabr

16:00. “Azərreyl” – “DH Volley”
AVF-nin idman zalı

21 oktyabr

16:00. “Murov Az Terminal” – “Gəncə”
“Murov Az Terminal” klubunun idman zalı

23 oktyabr

17:00. “Turan” – “Gənclər”
Tovuz Olimpiya İdman Kompleksi.

Kişilər

21 oktyabr

16:00. “Ordu” – “Xilasedici”
Fövqaladə Hallar Nazirliyinin idman zalı.

24 oktyabr

16:00. “Neftçi” – “Murov Az Terminal”
Fövqaladə Hallar Nazirliyinin idman zalı.

Qadınlarda “Abşeron” – UNEC, kişilərdə isə “Azərreyl” – “Gənclər” qarşılaşmaları AVF-yə ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Seçilən
59
7
fanat.az

10Mənbələr