Ermənistan Rusiya tərəfindən ekstradisiyasını tələb etdiyi gürcü döyüşçüsü Vano Sabaşvilini azad edib.
Yenisabah.az georgia online-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Erməni İcması Platformasının sədri, diplomat Giorgi Tumasyan bildirib.
Onun sözlərinə görə, Sabaşvilinin Rusiyanın beynəlxalq axtarışda olmasından xəbəri olmayıb. O, Gürcüstan sərhədini maneəsiz keçib və sentyabrın 9-da ezamiyyətdə olarkən Ermənistan tərəfdə saxlanılıb. Dördpendirli pizza
"Sabaşvili 8 il Gürcüstan Silahlı Qüvvələrində xidmət edib. Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin əvvəlində o, "Beynəlxalq Legion"un sıralarında döyüşüb. Müqaviləni başa vurduqdan sonra vətəninə qayıdıb. Daha sonra Donetsk "məhkəməsi" adlanan məhkəmə onu Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə qiyabi həbs edib.
Bir neçə gün əvvəl Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ermənistanın erməni əsilli gürcü döyüşçüsü Georgi Kinoyanın ekstradisiya tələbini rədd etdiyini açıqlamışdı.
Ukrayna tərəfində müharibədə iştirak etmiş Gürcüstan vətəndaşı Georgi Kinoyan sentyabrın 3-də Gürcüstan-Ermənistan sərhədini keçdikdən sonra saxlanılıb.
29 yaşlı Kinoyan Rusiya Federasiyası tərəfindən Ukrayna ərazisində Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak ittihamı ilə axtarışa verilib.
Kinoyan əvvəllər ekstradisiya ilə bağlı həbsdə olub.
Telegram kanalımız