AZ

2 yaşlı uşaq çimərlikdə insan sümükləri tapdı, polis gəldi

ain.az, Azpost saytına istinadən bildirir.

Leyk adlı iki yaşlı uşaq İngiltərənin Şimali Devon şəhərindəki Saunton Sands çimərliyində pirat oyunu oynayarkən insan sümükləri tapıb.

AzPost The Sun-a istinadən bildirir ki, oğlan qumu qazmadan əvvəl bir neçə dəfə yerini dəyişib. Tezliklə bir sümük, sonra daha üç sümük tapıb. Onları anasının yanına gətirib, Onların insan sümükləri və dişləri ola biləcəyindən şübhələnən ailəortodont olan qohumuna müraciət edib.

Çimərliyə gedənlər polisə zəng etdikdən sonra məmurlar ərazini mühasirəyə alaraq tapıntıların olduğu vedrəni götürüblər. Polis ekspertizanın aparıldığını təsdiqləyib. Ədliyyə arxeoloqu sümüklərin yaşını müəyyən etmək üçün onları araşdıracaq. İstintaq davam edir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
azpost.info

2Mənbələr