AZ

Tayvanın hava yolu şirkəti vəfat edən əməkdaşından icazə sənədi istədiyi üçün üzr istədi

Tayvanın hava yolu şirkəti vəfat edən əməkdaşından icazə sənədi istədiyi üçün üzr istədi

Tayvanın EVA Air hava yolu şirkəti uçuş zamanı vəfat etmiş bir əməkdaşından icazə sənədi tələb etdiyi üçün stüardessanın ailəsindən üzr istəyib.

Focus Taiwan xəbər agentliyinin məlumatına görə, 34 yaşlı stüardessa 10 oktyabrda uçuş zamanı narahat olduqdan sonra həyatını itirib.

Şirkət açıqlayıb ki, xəstəxanada olduğu müddət üçün icazə sənədi tələb edilməsi bir əməkdaş səhvi olub və bu səbəbdən ailədən xüsusi olaraq üzr istənilib.

Eyni zamanda, EVA Air stüardessanın ölümü ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını bildirib.

Məlumatlara görə, stüardessa 24 sentyabrda Milan–Taoyuan reysi zamanı özünü narahat hiss edib və uçuşdan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicəsi zamanı isə 10 oktyabrda vəfat edib.

Ailə iddia edib ki, qızlarının ölümü sonrası bir neçə gün keçəndən sonra telefonuna şirkət nümayəndəsindən mesaj gəlib və ondan xəstəxanada olduğu müddət üçün icazə sənədini təqdim etməsi tələb olunub.

Stüardessanın ölümünə dair “çox işlədilməsi” iddiaları gündəmə gəlsə də, aparılan araşdırma nəticəsində iş saatlarının qanuna uyğun olduğu bildirilib.

Seçilən
69
afn.az

1Mənbələr