AZ

Dekabrın 15-dən Windows və macOS üçün Messenger proqramı işləməyəcək

Dekabrın 15-dən Windows və macOS üçün Messenger proqramı  daha  işləməyəcək.

AzPost -un məlumatına görə. Meta  bildirib ki, proqramın masaüstü versiyasının bütün istifadəçiləri proqramın bağlanması barədə bildiriş alacaq və bu platformalarda ona dəstək dayandırılacaq.

Söhbət tarixçəsini itirməmək üçün istifadəçilərə təhlükəsiz mesaj yaddaşını aktivləşdirmələri və məxfilik parametrlərində PIN təyin etmələri tövsiyə olunur.

Şirkət masaüstü versiyasını bağlamaq qərarının səbəbini açıqlamayıb. Mobil versiya işləməyə davam edəcək.

AzPost.az

Seçilən
1
1
azpost.info

2Mənbələr