Bakı. Trend:
"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul–Ürgəncmarşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəkisərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən,Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğugöndərib.
Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Airbus A320 tipli təyyarə yerli vaxtla saat 17:26-daBakı aeroportunda uğurla eniş edib.
Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub vəsərnişinə ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə vətəxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdirvə sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalqstandartlara uyğun prosedurlar həyata keçirir.