AZ

Dərmansız baş ağrılarını necə aradan qaldırmaq olar?

Baş ağrılarının hər zaman dərmanla aradan qaldırılmasına ehtiyac yoxdur.

Publika.az “Infobae”yə istinadən xəbər verir ki, bunu amerikalı nevroloq Emad Estemalik bildirib.

Mütəxəssisin sözlərinə görə, soyuq kompres miqren növü baş ağrılarını, ilıq kompres isə gərginlikdən yaranan ağrıları yüngülləşdirə bilər. O, həmçinin kiçik bir fincan qəhvənin də kömək edə biləcəyini qeyd edib. Bununla belə, Estemalik xəbərdarlıq edib ki, həddindən artıq kofein qəbul etmək baş ağrılarını daha da gücləndirə bilər.

Nevroloq idmanın baş ağrılarına qarşı ən effektiv üsullardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, yoqa, üzgüçülük, gəzinti və boyun-çiyin əzələlərinin uzanması kimi fəaliyyətlər ağrını azaltmağa kömək edir. O, həmçinin maye ilə zəngin, yüngül yeməklərə üstünlük verməyi məsləhət görüb.

Estemalik su balansının qorunmasının vacibliyinə diqqət çəkib, çünki dehidrasiya çox vaxt baş ağrısının əsas səbəblərindən biridir.

Seçilən
127
publika.az

1Mənbələr