AZ

Hafiz Hacıyev: “AzTV-nin sədri Ramiz Mehdiyevin sağ əlidir”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ağır dövlət cinayətlərində ittiham edilməsi ilə bağlı “Reaksiya” internet televiziyasının canlı efirində açıqlama verib.

Editor.az xəbər verir ki, partiya sədri çıxışı zamanı bir sıra yüksək vəzifəli şəxsləri Ramiz Mehdiyevə xidmət etməkdə ittiham edib. Hafiz Hacıyev bildirib ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədri Rövşən Məmmədov dövlətə xəyanətdə ittiham edilən Ramiz Mehdiyevin sağ əlidir və onu vəzifəyə Mehdiyev təyin edib.

“AzTV sədri dövlətin xeyrinə işləmək yerinə efirdə əlini cibinə qoyaraq eqoist-eqoist davranır. Orda-burda da deyir ki, bu dövlət belədir-elədir.”

Partiya sədri əlavə edib ki, Ramiz Mehdiyevin ətrafında onun təsiri altında qalan vəzifəli şəxslərin fəaliyyəti də diqqətlə araşdırılmalıdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
55
editor.az

1Mənbələr