“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Euronews telekanalına müsahibəsində komandasının Çempionlar Liqasındakı qələbələri ilə bağlı təəssüratlarını bölüşüb.
Ağdamlı çalışdırıcı qeyd edib ki, klubun uğurları Azərbaycan futbolunun Avropada artan ambisiyalarını əks etdirir.