AZ

Madaqaskarın yeni prezidenti açıqlanıb

Ajans.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, Madaqaskarın Ali Konstitusiya Məhkəməsi ordu zabiti, polkovnik Mikael Randrianirinanı rəsmi olaraq ölkənin prezidenti təyin edib. Xatırladaq ki, uzun müddət davam edən etiraz aksiyalarından sonra sabiq prezident Andri Rajoelina Fransa hərbi təyyarəsi ilə ölkəni tərk edib. Etirazlara səbəb ölkədəki dərin sosial-iqtisadi problemlər – xüsusilə su və elektrik enerjisi qıtlığı olub. Aksiyalar zamanı 20-dən çox insan həlak olub, onlarla yaralı var. Hazırda Madaqaskarda vəziyyətin sabitləşdirilməsi üçün ordu nəzarəti gücləndirib. Yeni prezidentin yaxın günlərdə ictimaiyyət qarşısında çıxış edəcəyi gözlənilir.

Seçilən
16
Ajans.az

1Mənbələr