FÜZULİ, 17 oktyabr. TELEQRAF
"Yaxın vaxtlarda Qarabağ Dirçəliş fondu tərəfindən şəhərin mərkəzi parkının tikintisinə başlanılacaq. Dövlətyarlı kəndinin tikintisi isə tam davam edir."
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunuFüzuli şəhər günü münasibətilə təşkil edilən tədbirdəPrezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə söyləyib.
E.Hüseynov müsahibə zamanı bildirib ki, "Füzuli şəhərində ikinci və üçüncü yaşayış komplekslırinin tikintisi bu ilin sonu və gələn ilin əvvəlində start veriləcək. Şəhərdə hazırda mərkəzi xəstəxana tikilir, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən Peşə Təhsil kompleksi tikilir. Yaxın vaxtlarda Qarabağ Dirçəliş fondu tərəfindən şəhərin mərkəzi parkınln tikintisinə başlanılacaq. Dövlətyarlı kəndinin tikintisi isə tam sürətlə davam edir. Pirəhmədli kəndinin tikintisi yeni başlanılıb və 2026 - cı ilin sonuna kimi bitəcək. Ümumilikdə şəhərin infrasturkturu daxili yollarıbütün müvafiq dövlət qurumları tərəfindən icra olunan layihələr Böyük qayıdış proqqramında qoyulan hədəflərə tam uyğun olaraq icra olunur və tezliklə Füzuli şəhərində daha çox əhalini görəcəyik şəhər öz inkişaflna davam edəcək."