Gürcüstanda saxta əlillik sənədləri hazırlayan üç nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (SGB) üç nəfəri rüşvət qarşılığında saxta əlillik arayışları hazırlamaqda ittiham edərək saxlayıb.
Araşdırma zamanı məlum olub ki, Tbilisi, Kutaisi və Batumi şəhərlərindəki müxtəlif klinikaların həkimləri və onların köməkçiləri pul qarşılığında şəxslərin sağlamlıq vəziyyətinə dair saxta tibbi sənədlər hazırlayıblar. Bu sənədlər əsasında həmin şəxslərə əlil statusu verilib.
Hadisənin məqsədi pensiya və digər dövlət müavinətlərini əldə etmək olub.
Saxlanılan şəxslər 4-6 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Xuraman Etibarlı
İnterpress.az