AZ

İKT sahəsində 10 milli standart layihəsi təsdiqlənəcək

Bakı. Trend:

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə 10 millistandart layihəsi təsdiq ediləcək.

Trend xəbərverir ki, bu, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)tərəfindən təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları”standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbətiiclasında müzakirə edilib.

İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, İnformasiya KommunikasiyaTexnologiyaları Agentliyi, Azərbaycan KibertəhlükəsizlikTəşkilatları Assosiasiyası, Azərbaycan İnformasiya və KommunikasiyaTexnologiyları Sənayesi Assosiasiyasi və “AzInTelecom” MMC-ninnümayəndələri iştirak ediblər.

İclas zamanı 2025-ci il üzrə sözügedən Texniki KomitəninFəaliyyət Planına uyğun görülən işlər və həlli vacib məsələlərmüzakirə edilib. Sahə üzrə aktual hesab edilən 10 milli standartlayihəsinin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün DövlətProqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülənişlər nəzərdən keçirilib.

Seçilən
14
az.trend.az

1Mənbələr