AZ

MMU-da “Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu” keçirilir

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda “Strateji araşdırma və dövlət müdafiəsini idarəetmə akademik kursu” (SADMİAK) davam edir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, kursun milli təhlükəsizlik bloku çərçivəsində dinləyicilər xarici ölkələrin, o cümlədən NATO ölkələrinin milli təhlükəsizliyə yanaşmaları ilə tanış olurlar.

Bu məqsədlə Türkiyə və Bolqarıstan Milli Müdafiə universitetlərinin müəllim-professor heyətləri tərəfindən milli təhlükəsizliyin müxtəlif aspektləri üzrə mühazirələr oxunub, dinləyicilərin sualları cavablandırılıb, bu sahədə maraq doğuran məsələlər barədə ətraflı müzakirələr aparılıb.

Kursda Azərbaycan Ordusunun və müxtəlif dövlət orqanlarının (qurumlarının) yüksək rütbəli və vəzifəli şəxsləri, habelə qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələrinin nümayəndələri strateji səviyyədə təhsil alırlar.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

8cfb10c1316a5bdff6f10ace6ce6dc9c

7cd92d901b7bc2ff47e1c718691c0fd6

Seçilən
114
11
poliqon.az

10Mənbələr