AZ

Madaqaskarın yeni prezidenti oldu


Madaqaskarın Ali Konstitusiya Məhkəməsi Madaqaskar Silahlı Qüvvələrinin polkovniki Maykl Randrianirinanı ölkənin keçid dövrü prezidenti təyin edib.
Yeniavaz.com
“Əl-Cəzirə” telekanaləna istinadla xəbər verir ki, onun artıq dövlət başçısı kimi andiçmə mərasimi də keçirilib.
Mərasim TVM televiziya kanalı ilə yayımlanıb.
Mərasimdə siyasi partiyaların liderləri, ABŞ, Almaniya, Fransa və Aİ səfirləri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 25-də Madaqaskarda prezident Andri Radzuelinanın istefası tələbi ilə etirazlar başlayıb. O, istefa verməkdən imtina edib, lakin fiziki zorakılıq təhlükəsi ilə bağlı “təhlükəsiz yerə” getdiyini bildirib.
Bununla əlaqədar, oktyabrın 14-də Madaqaskarın Ali Konstitusiya Məhkəməsi Milli Assambleyanın (parlamentin aşağı palatası) qərarı ilə onun hakimiyyətdən kənarlaşdırılmasını təsdiqləyib.
Seçilən
13
yeniavaz.com

1Mənbələr