AZ

“Chapman Taylor”: Qarabağda evlərin bu qədər sürətlə tikilməsi heyrətamizdir

BAKI, 17 oktyabr. TELEQRAF

Milli Şəhərsalma Forumu çərçivədində “ağıllı şəhərlər” və dayanıqlı icmaların yaradılması haqqında danışmağımız çox gözəldir. Qarabağda və ümumilikdə Azərbaycanda bir neçə ildir fəaliyyət göstərmək bizim üçün böyük şərəfdir və bu gün Qarabağda Prezident və hökumətin əldə etdikləri nəticələr doğrudan da çox təsirlidir.

Teleqraf xəbər verir ki, bu barədə “Chapman Taylor” şirkətinin direktoru Adrian Qriffis Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib lki, Qarabağda evlərin bu qədər sürətlə tikilib istifadəyə verilməsi heyrətamizdir: “Mən Xankəndini doğrudan da çox bəyənirəm - bu, Azərbaycan üçün böyük bir fürsətdir. Biz hazırda həmin şəhərdə işləyirik, baş planlaşdırma prosesinə dəstək veririk. Gələn il isə “Beynəlxalq Şəhərlər Forumu”nun Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Məncə, bu forum müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın əhəmiyyətini daha da ön plana çıxarır. Biz hamımız bir-birimizdən öyrənməliyik. Uğurlu ölkələr yalnız qarşılıqlı əməkdaşlıq və yeni layihələrdə ən yaxşı ideyaları birləşdirməklə yaradıla bilər. Azərbaycanın bu forumu təşkil etməsi və bu əməkdaşlıq üçün şərait yaratması həqiqətən də çox təsir edicidir”.

Seçilən
19
teleqraf.com

1Mənbələr